Orxan Zeynallı – Dәrindә Lyrics (Qravitasiya albomunun 5-ci Tracki)
Facebook səhifəmizi bəyənərək yeni yazılardan xəbərdar ola bilər və istədiyiniz trackin sözlərini yazmağım üçün sifariş verə bilərsiniz. Facebook səhifəm:https://www.facebook.com/tracksozleri
Trackin yuklenme linki:http://www.cdbaby.com/cd/orxanzeynalli5 Digər lyricsləridə oxuya bilərsiniz:http://tracksozleri.blogspot.com Xahiş olunur köçürüb başqa yerdə paylaşmayın. Bu sözlər başqa heç yerdə(hələki)yoxdur. Özüm yazmışam sözlərini.Youtube linki:https://www.youtube.com/watch?v=g6N7aBKchj0
Verse 1
Sәn Mәnim 4 fәslimsәn
Sәn olmadan hәyat keçmir,bil!
Bu qәdәr millәtlәr,hәrәnin öz dili
Mәnim Sәnә hisslәrimi ifadә etmәz heç bir dil Sus.
Qoy,bir az yarpaqlar danışsın
Sevgidәn şeirlәr yox,qoy,otaqlar danışsın
Nә qәdәr saf toxunuşa şahid olmuş
Sevgini üşümәkdәn qoruyan isti yataqlar danışsın
Sәnlә döyünmәk varkәn ürәk olub dönmәk sanki
Dirәyimә böyümәk sarılıb kimә elә bir örnәk sayılır
Ki baxıb görmәk insan kimi inamım köynәk sanki
Lәkәlәr görünәr sap kimi ya da şәffaf,insan kimi
Sonda dönsәk saf geri bu evdә bizi nә gözlәyir ?
Sevincimizә baxıb qәhәr kәdәrin üzünә “Döz” deyir
Әlәlә tutanda torpaq olur sәma,dәrәlәr isә bulud
Mәn Sәni unudaram bir sabah görünәrsә qürub
Nәqarәt :
Tapsan dәrindә nә qәdәr üzüb getsәn dә hisslәri
Son sözlәrindә desә “Nә fayda?Qәlb sevgi istәmir”.
Tapsan dәrindә bir gün üzüb getsәn bu hisslәri
Son sözdәn әvvәl diqqәtlә bax axı gözlәri gizlәmir.
Verse 2
Sәn Mәnim cüt gözümsәn
Sәn olmadan yerimәk çox çәtin,bil!
Bu qәdәr göz yaşları isladır izlәri
Mәnim yağışlarımı Sәndәn gizlәdib çox çәtir.. Bil ki,
Sәn Mәnim nәfәsimsәn
Gec gәldikcә qaralır dünya vә azalıram mәn
Sәnlә yaşadığım hәr saniyә ömürdәn getsә belә
Dayanacağı olan hәyatda sonsuzluğu qazanıram mәn..
Sәn axan qanımsan,olmasan özümü hiss etmirәm
Hәqiqәtә yaxın yalansan,”Nağıldı,hә” gizlәtmirәm
Buralarda düz hәr tәrәf çünki güzgülәr yox
Çәkinmәdәn gәl dünyama,rahat ol,özgәlәr yox
Önümdә sәs gәlәn yol,işıqlar yalançı olur
Sәn әn çox sevilәn biri ol Mәn isә davamçın olum
Mәişәt torunda şikara çevrilmiş sevgidә
Xoşbәxtlik yalansa әgәr,qoy,mәn әbәdi yalançın olum
Nәqarәt :
Tapsan dәrindә nә qәdәr üzüb getsәn dә hisslәri
Son sözlәrindә desә “Nә fayda?Qәlb sevgi istәmir”.
Tapsan dәrindә bir gün üzüb getsәn bu hisslәri
Son sözdәn әvvәl diqqәtlә bax axı gözlәri gizlәmir.(x2)
Yorumlar
Yorum Gönder