Orkhan Zeynalli, Roya Miriyeva - Bulud lyrics sözləri
Səninlə günəşin arasında dayanıb arzu tutdum
Ki, günəş batmasın heçvaxt
İki saat sonra arzum puç oldu
Sən demə aldadıblar
Belə asan deyilmiş
İki eyni ad arasında dayanmaqla alınan deyil iş
Günəş uzaq, sən yaxın
Buludam mən, sən yağış
Məndə yazmaq yaxşı alınır
Susum sən danış
Bu aralar səssizsən
İşləri qaydasına salaram təki işimə sən qarış
Yenə çəkirəm ətrini sinəmə Yenə mənə qalan olur mahnı sənə qəm Qayıdaram yenidən Nəyim olmasa da qəlbim var Axı bilməliydin ki mənim mən olmaq kimi bir dərdim var Anladım ki, mahnılarım bəzən son çarəm "Məni Xatırla" treki ilə tavana taxanda bilib Aramızdan vaxtsız getdi dediyimiz dostlar Bəlkə gecikən bizik ki, onlar elə vaxtında gedib Yenə soyuq əllərimdə İsidə bilmir o günlər Hislərimiz dərində Geri baxmır o gözlər Məni yenə yada sal axı Yenə yada sal axı Səninçün heçkim olsam da Sən mənimçün hamısan axı Yazmaq istəyirəm hərdən qələm üzümə baxıb deyir həvəs hanı? Yazdıqlarımı unutmağımdır onların əbəs yanı Dünyanın işi qəribədir Göyərçini xilas edirsən Sağalan kimi qanadını uzadıb deyir qəfəs hanı? 2016-çı il 15 may Yadıma hər qış-yay Gəlir son çıxış, son alqışlar Bəlkə də dinləyiçiyə bunları demədən getməyim haqsızlıq idi Nə isə çıx səhnəyə gözləyir, tələs hamı Həsr etdim hər hissə söz Hər bir hərfə cümlə Tükənib hər səhv edəndə qoyduğum əlfəcinlər Dedilər böyü artıq uşaqlığın gələr ziyanı Xalqın gözü tərəzidir Hansı xalq, tərəzi hanı? Çoxunda sevgi saxta İlk fürsətdə ələ salır Bir gözdən sevgi Birindən qərəz yağır Çoxu istəmir xoşbəxtliyi belə Deyir, yaz "Hekayəm 2" Axı çox insan bu cür mahnılarla nəfəs alır Yenə soyuq əllərimdə İsidə bilmir o günlər Hislərimiz dərində Geri baxmır o gözlər Məni yenə yada sal axı Yenə yada sal axı Səninçün heçkim olsam da Sən mənimçün hamısan axı Dinləmək üçün: spotify Yükləmək üçün: telegram
Yorumlar
Yorum Gönder