Aid-Mahnılar məni (vocal:Gultekin)(Qravitasiya albomunun 4-cü tracki)

Facebook səhifəmizi bəyənərək yeni yazılardan xəbərdar ola bilər və istədiyiniz trackin sözlərini yazmağım üçün sifariş verə bilərsiniz. Facebook səhifəm:https://www.facebook.com/tracksozleri
Xahiş olunur köçürüb başqa yerdə paylaşmayın. Bu sözlər başqa heç yerdə(hələki)yoxdur. Özüm yazmışam sözlərini.
Trackin yüklenme linki:http://www.cdbaby.com/cd/orxanzeynalli5
Trackin yüklenme linki: http://hitfile.net/WZjSljq/
Verse 1:
Elə bir hiss varki üreyimdən uzaqdayam
Geri gələndə yolumu kimsə gözləmir
Küləyi bezdirən,bu şəhərdə xoşbəxtlik ehtimalı yüzdə bir
Danışmaq, yazmaq,oxumaq,yadda qalmaq.
Səni sevən sənden vaxt istiyir sevgi istəmir. 
Çağırmışdım,dostları dar günümdə. Hələdə yoxdu səs-səmir
Davamlı payız qoxusu xəzanlı misralarda
Mən artıq eyni mövzulardan ibarət bir sətir. 
Mən artıq yaxın deyiləm sənə əvvəlki tək
Həyatım bələd sənə qulaqlarım sözlərim izləmir.
De sevgi aysberq kimi altda gizlənib yoxsa üstəmi?
Səni isitir toxunuşum, yoxsa hərşey sözdəmi?
Maraqlan gör kim öz həyatını pisləmir?
Həyat bataqlığdı hə? Bəlkə Aid düz demir?

Nəqaret (Gultekin):
Həyat adlı qaranlıq içində 
Arzularla çətindir yaşamaq
Unudaraq dərdləri görəndə
Mahnılar məni ağladar yenə...(x2)

Verse 2:
Soyuq divarlara söykənmək...
Uzaqlara baxıb niyə böyüdük demək...
Tapa bilsəydik səadəti sahil boyu qurduğumuz saraylarda dalğalardan çəkinmədən.
Özüylə səmaya səni hissələrlə çəkir gedən. 
Böyümək səni böyüdəni itirməkdi demək
Məni sıxır keçmişdən qalan gödəkcə və
xatirələr sığal çəkir bu deyil əzizləmək, 
Bu deyil qəliz demək, həyatı pisləmək
Və kimsə niyə nifrət etdiyini yox niyə sevə bilmədiyini deyir.
Valideynlər çox vaxt,kim olduğunu yox kim ola bilmədiyini deyir. 
Uzun qış gecələrində qarışıq fikirlər 
Elə o vaxt susur doğmalar danışır fikirlər Sən içməsəndə köhnə dost gəlib süz deyir.
Bütün qış məni dinlə və də Orxan düz deyir.

Nəqaret (Gultekin):
Həyat adlı qaranlıq içində 
Arzularla çətindir yaşamaq
Unudaraq dərdləri görəndə
Mahnılar məni ağladar yenə...(x2)

Yorumlar

Bu blogdaki popüler yayınlar

Orxan Zeynallı – Nil (ft. Tomris) Lyrics (Qravitasiya albomunun 11-ci tracki)

Aid-Böyük ümidlər lyrics (Qravitasiya Albomunun 7-ci tracki)

Orkhan Zeynalli, Roya Miriyeva - Bulud lyrics sözləri