Orxan Zeynallı – Nil (ft. Tomris) Lyrics (Qravitasiya albomunun 11-ci tracki)

Facebook səhifəmizi bəyənərək yeni yazılardan xəbərdar ola bilər və istədiyiniz trackin sözlərini yazmağım üçün sifariş verə bilərsiniz. Facebook səhifəm:https://www.facebook.com/tracksozleri
Trackin yuklenme linki:http://www.cdbaby.com/cd/orxanzeynalli5  Digər lyricsləridə oxuya bilərsiniz:http://tracksozleri.blogspot.com
Verse 1: 
Sabahın xeyir Nil, bu gün hava 10 dәrәcә 
Sәmadan 1­2 damcı sevgi vә yağış yağır 
Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә 
Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq 
Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlar tәk 
parıltılar içindә, işıq saçan incә biri 
İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk 
Od vurub gözlәdilәr, amma biz alışmadıq 
Sabahın xeyir Nil, Bakıda sәrt külәklәr әsir 
Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik 
Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını 
Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik 
Yatağın istidi yәqin, üstünü sevgiylә örtüb 
Qorudum yadlardan, әtrafında sevgilәr hördüm 
Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da 
Sәn mәni anlayırsan, mәn sәni anlamasam da 
Nәqarət[Tomris] 
Nil, ötür ömrün illәri 
Sәnin ürәyin yaşadır mәni. 
O günahsız barmaqların, 
Gecәlәr toxunur, oyadır mәni.(2) 
Verse 2: Sabahın xeyir Nil, bütün Bakı duyur әtrini 
İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs 
Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini 
Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs 
Mәsafәlәr heçdir, xәritәdә bir iki barmaq 
biz dünya boyda olsaq da heç vaxt öyünmәdik 
Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq 
Biz tәnha rәqәmlәr tәk, ikiyә bölünmәdik 
Axşamın xeyir, Nil yәqin ki tanıdın mәni 
tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq 
Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni 
Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın 
İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr 
Deyәsәn qanadını әzdin sәmalardan düşәndә 
Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan 
Mәn sәni anlamasam da, sәn mәni anlayırsan 
Nәqarət[Tomris]: 
Nil, ötür ömrün illәri 
Sәnin ürәyin yaşadır mәni. 
O günahsız barmaqların, 
Gecәlәr toxunur, oyadır mәni.(2)  

Yorumlar

Bu blogdaki popüler yayınlar

Aid-Böyük ümidlər lyrics (Qravitasiya Albomunun 7-ci tracki)

Orxan Zeynallı – Dәrindә Lyrics (Qravitasiya albomunun 5-ci Tracki)