Aid-Yaxşı Qız (Qravitasiya albomunun 6-cı tracki)

Facebook səhifəmizi bəyənərək yeni yazılardan xəbərdar ola bilər və istədiyiniz trackin sözlərini yazmağım üçün sifariş verə bilərsiniz. Facebook səhifəm:https://www.facebook.com/tracksozleri
Xahiş olunur köçürüb başqa yerdə paylaşmayın. Bu sözlər başqa heç yerdə(hələki)yoxdur. Özüm yazmışam sözlərini.
Trackin yuklenme linki:http://www.cdbaby.com/cd/orxanzeynalli5
Verse 1:

Oyanır hamıdan tez, baxır pəncərədən

Günəş rəngli saçlar, yaşıl göz, incə bədən

Birazdan oyanacaq həyatdə ən vacib insanlar
Soruşacaqlar ki, hara baxırsan pəncərədən
Səhər yeməyi hazır, qaynar çay əlini yandırsada
Səsini çıxara bilməz, çünki o fədakardı
Evin bütün yükünü kişilərin yerinə qaldırsada
Komplimentə, şirin sözə qulağı kardır
Telefon əlindən alınıb, artıq iki ildən çoxdu
Sinif yoldaşına zəng etməkdə günahkardı
Münasibət qurmaqdan söhbət belə gedə bilməz
Ailəyə ləkə yaxılsa o tək səbəbkardır
Darıxmır ötən illər üçün çünki elə həmişə beləydi
Düşünür qəribədi bu taleh hər şey kələydi
Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı
Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı

Verse 2:

Xeyir və şər məclislərinə bər-bəzəkli

O uşaqlıqdan bilir artıq nə düz nə əyri

Təhsil ikinci plandadır əsas ev işləridir
Gələcək həyat yoldaşına indidən öyrəşməlidir
Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə
Tanımadığın insanlara qarşı olsun sərt çöhrə
Dinləmək olar ancaq muğam birdə xalq mahnıların
Valideyn tərəfindən təyin olur arzuların
Bugün-sabah nişan dəyişəcək ancaq ünvan 
Dəyişəcək divarlar amma həyat hələ zindan
Olmazmı ki,bu otaqdan onun da nazı qalsın
Əsas o deyil əsas evin kişisi razı qalsın
Əsas qohumlar desin ki,o yaxşı qızdır
Əsas bu cəmiyyət desin ki,o yaxşı qızdır
Axı o insan deyil sadəcə kiminsə namusu
Ölüb oğlan doğulmaqdır tək arzusu

Yorumlar

Bu blogdaki popüler yayınlar

Orxan Zeynallı – Nil (ft. Tomris) Lyrics (Qravitasiya albomunun 11-ci tracki)

Aid-Böyük ümidlər lyrics (Qravitasiya Albomunun 7-ci tracki)

Orkhan Zeynalli, Roya Miriyeva - Bulud lyrics sözləri