Aid-Əllərimi Burax Lyrics (Qravitasiya albomunun 2-ci tracki)


Facebook səhifəmizi bəyənərək yeni yazılardan xəbərdar ola bilər və istədiyiniz trackin sözlərini yazmağım üçün sifariş verə bilərsiniz. Facebook səhifəm:https://www.facebook.com/tracksozleri
Trackin yuklenme linki:http://www.cdbaby.com/cd/orxanzeynalli5   Youtube linki yoxdur amma bu trackden eyni trackdi:https://www.youtube.com/watch?v=r9T5tiQyt8o (Albomdaki daha fərqli tərzdə oxunur amma eyni sözlərdi)
Nəqarət:
Əllərimi burax, ondansa ürəyimdən yapış

Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
Verse 1.
Bir qurtum su, həyatın dadı bitməsin deyə son günə saxla
Mən artıq doydum, bu sevgi odu sönməsin deyə küləyi saxla
Damcılar, sevgin kimi tez-tez gedir amma ki, iz qoyur
Dalğalar, rəqsin kimi səliqəsiz sahilə briz qoyur
Sadəlöhv ümiddin, əlində yenə danışılmış nağıllar
Sən qəlbimi tərk etsən də, tərk etməz tanış olmuş ağrılar
Biz həyatı sevmək istəsək də
Cənnəti görmək istəsək də
Ölmədən getmək istəsək də
Buraxmaz günahlar bizi

Nəqarət:
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış (x2)

Verse 2.
Yenə durğun günlər kimi
Tək-tənha güllər kimi
Tez bitir, tez solur amma qəlbimdə
İz qoyurdu ötən illər kimi
Bəzən bir fikir kimi
Beyində dünən olub amma bu gün yox
Son ümid olan günəş kimi
Üfüqdə sabah çıxar amma bu gün yox
Taleyin artıq kobud olub əlləri
Daşlamaqdan həyatımın günlərin
İçindəyəm qara-qura vərəqlərin
Sevməməkdə məni yox səbəblərin
Günah məndəmi bitmirsə dərdlərin
Üzülmə çıxanda boşa sevgi cəhdlərin
Bütün bu səhvlərin çevrilər düzə
Çıxanda ürəyinin içindəki üzə


Nəqarət:
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış(x2)

Yorumlar

Bu blogdaki popüler yayınlar

Orxan Zeynallı – Nil (ft. Tomris) Lyrics (Qravitasiya albomunun 11-ci tracki)

Aid-Böyük ümidlər lyrics (Qravitasiya Albomunun 7-ci tracki)

Orkhan Zeynalli, Roya Miriyeva - Bulud lyrics sözləri