Orxan Zeynallı – Qorxma Özündәn Lyrics (Qravitasiya albomunun 3-cü tracki)

Facebook səhifəmizi bəyənərək yeni yazılardan xəbərdar ola bilər və istədiyiniz trackin sözlərini yazmağım üçün sifariş verə bilərsiniz. Facebook səhifəm:https://www.facebook.com/tracksozleri

Trackin yuklenme linki:http://www.cdbaby.com/cd/orxanzeynalli5   Youtube linki:https://www.youtube.com/watch?v=coqzJem07XU
Orxan Zeynallı – Qorxma Özündәn (vocal Gul’nar) Lyrics
 [Verse: 1]
Bizә öyrәdiblәr oyanmaq lazımdı sәhәr tezdәn (qalx)
Tәhsil, kariyera, uğur hәyatda bitmir pillәlәr (heç vaxt)
Bizә öyrәdiblәr ki, dürüstlük әsas dәyәrdi
Valideynlәr, doğmalar, qonşular vә müәllimlәr
Bizә öyrәdiblәr ki, siqaret, hәm dә içki ziyandı
Siqaret çәkәn qardaşlar, içki içәn atalar
Bizi öyrәdiblәr ki, tәlәsmәlisәn hәyat dayanmır
Sәn geciksәn dә, olmur gecikәn qatarlar
Gün çıxanda gizlәn, yağışda çәtir gәzdir
Dözmәyi bacar axı ancaq zәiflәr çәtin dözür
Çәkin müdirindәn, işini itirmәkdәn daim qorx
Susmağı bacar lazım deyilsә demә sözün düzün
Göstәrmә әsl üzün, sәmimilik pis cәhәtdir
İnsanlar yalançı olur bizi öyrәdiblәr hәmişә
Ürәyin ağrımasın kimisә görüncә dәrdli
Bizi öyrәdiblәr hәmişә, bizi öyrәdirlәr hәmişә
[Vocal: Gul’nar]
Çevrilir hәdәflәr arzulara
Olan da tәk ümid mahnılara
Hardadı düz, harda yalanlar
Bәs indi kimә inanaq ? Nәyә inanaq ? (x2)
[Verse: 2]
Bizi öyrәtmәyiblәr ölüm bir gün döyәcәk qapını
Hәyat mәktәb deyil ki, mümkün olsun son partada gizlәnmәk
Bizi öyrәtmiyiblәr ailә qurmaq oyuncaq deyil
Әsas sevgidi nәyinki, kağızda qol çәkmәk
Bizi öyrәtmiyiblәr hәyat bәzәn olur alçaq
Sәn әzab çәkәn şәhәrdә, kef edir hansısa alçaq
Sәn demә qayğını verirmiş dövlәt borca
Sәn böyüdükcә, sәndәn dә tez böyüyür borclar
Bizi öyrәtmiyiblәr xoşbәxtliyimizә gedәn yol
Sәn demә keçir qәlblәrdәn yox, hava limanından
Bir günә dönәr inamından, sәmadan hay­küy çıxsa
Bizi öyrәtmiyiblәr nә edәk dost nankor çıxsa
Öyrәdә bilmәz hәyatı, nә kitablar nә valideynlәr
Әsas atdığın addımlar vә sabah atacağın
Hәyat kosmosdu, qәrarlarımız teleskop
Gәlәcәyi tәyin edir hansı tәrәfә baxacağın
[Vocal: Gul’nar]
Çevrilir hәdәflәr arzulara
Olan da tәk ümid mahnılara
Hardadı düz, harda yalanlar
Bәs indi kimә inanaq ? Nәyә inanaq ? (x2)

Yorumlar

Bu blogdaki popüler yayınlar

Orxan Zeynallı – Nil (ft. Tomris) Lyrics (Qravitasiya albomunun 11-ci tracki)

Aid-Böyük ümidlər lyrics (Qravitasiya Albomunun 7-ci tracki)

Orkhan Zeynalli, Roya Miriyeva - Bulud lyrics sözləri