PRoMete ft. AiD – Heykәllәr Lyrics
Facebook səhifəmizi bəyənərək yeni yazılardan xəbərdar ola bilər və istədiyiniz trackin sözlərini yazmağım üçün sifariş verə bilərsiniz. Facebook səhifəm:https://www.facebook.com/tracksozleri
Youtube linki:https://www.youtube.com/watch?v=zU_QNo-hIrU
Youtube linki:https://www.youtube.com/watch?v=zU_QNo-hIrU
Download link: https://goo.gl/uLVDn1
[Verse 1: PRoMete]
Elә şeylәr var ki, onlar olur sәn sadәcә baxırsan,
Qarışa bilmirsәn olanlara olsan da yaxın sәn.
Gözünü çәkә bilmirsәn, olanlardan,
Donub heykәl kimi qalırsan o anlarda.
Bәs heykәllәr görәn olurlarmı hansısa mәqamda insan
Danışardı nәlәri әgәr insan olmaq alınsa
Nәlәri xatırlayır, nәlәri çıxara bilmir yaddan?
Nәlәr gәlmir xoş vә ya saxlayır hәyatda
Soruşsaq Sabirdәn vә o danışsa birdәn
Görәsәn deyәrdimi ayılmışıq cәhalәtdәn
İndi zaman fәrqli dәyişib insanların düşüncәsi
Belә deyildi bu millәtin iki әsr öncәsi
Baxıram Sabirә papağına göyәrçinlәr qonub
Danışmır bircә kәlmә belә susub donub
Bәlkә dә alınsa da dinmәzdi o
Onu bu küçәdә gördüklәri yaman yorub
[Nәqarәt: AiD]
İllәri yola salıb, ötürüb nәsillәri,
Zamana qalib gәlib keçәrәk fәsillәri
Nәlәri görüb bacarsaydı danışardı nәlәri
Bu qocaman şәhәrin qoca heykәllәri. (x2)
[Verse 2: PRoMete]
Nәsimi danışardı yәqin bizә hәqiqәtin gizli olmadığın bu dördbucaqlı qutularda
Car çәkmәkdә davam edәrdi o insanın aliliyin vә cibindә tiryәk filanla tutulardı
Fizuli deyәrdi ki, rüşvәtin bu hәddә çatacağın yatsa yuxusuna da gәtirә bilmәzdi
Evlәri sökülmüş sakit duran o әhalini illәrdir tanıyır vә әmindi ki, bu millәt ölmәzdi
Nizami şikayәtlә danışardı gәnclәr yazan SMSdәn
Onlar qәti qaynaqlanmırlar Leylidәn ya da Qeysdәn
Deyәrdi bu cümlәlәri hirsnәn Bir bilsәydim kimә qalacaq irs Xәmsәm
Vә ya eşitsә bircә anlıq musiqimizi Hacıbәyov
Ürәyi dözәrdimi, ermәniyә verәrdimi haqq onda
Cavid yәqin ki, dәli olardı
Danışılanları eşitsәydi öz millәti haqqında
[Nәqarәt: AiD, PRoMete]
İllәri yola salıb, ötürüb nәsillәri,
Zamana qalib gәlib keçәrәk fәsillәri
Nәlәri görüb bacarsaydı danışardı nәlәri
Bu qocaman şәhәrin qoca heykәllәri.(x4)
[Verse 3: PRoMete]
Yәqinki, Әhmәd Cavad da istәrdi daima
Dayansın elә bir yerdә ki, görünsün bayrağ,
Ya da Almas İldırım bәlkә dә istәmәz
Heykәli ucaldıla birlәşdirilmәmiş torpaq,
Neçәneçә insanlar gedib әqidә üstә
Bizsә indi yaşayırıq demәk olar әqidәsiz
Baxış bucağım dәyişir yaşlandıqca
Amma hәlә dә tәsәvvür etmirәm Bakını Rәsulzadәsiz
Yorumlar
Yorum Gönder