Aid-Qanadlar lyrics (Qravitasiya albomunun 8-ci tracki)
Facebook səhifəmizi bəyənərək yeni yazılardan xəbərdar ola bilər və istədiyiniz trackin sözlərini yazmağım üçün sifariş verə bilərsiniz. Facebook səhifəm:https://www.facebook.com/tracksozleri
Trackin yuklenme linki:http://www.cdbaby.com/cd/orxanzeynalli5 Digər lyricsləridə oxuya bilərsiniz:http://tracksozleri.blogspot.com Xahiş olunur köçürüb başqa yerdə paylaşmayın. Bu sözlər başqa heç yerdə(hələki)yoxdur. Özüm yazmışam sözlərini.
Nəqaret:
Take me away from here, take me away
Take me away,away,away from here(x2)
Verse 1:
Səni sıxır hər səhər eyni üzlər eyni yollarda
Arzuya çatmaq istəyir hamı əyri yollarla
Ofis pəncərəsindən baxıb xəyala dalırsan
Bəlkə bir gün kimsə aparar səni uzaqlara
Səni sıxır ətraf,xeyir güdən sevgilərlə
Səni sıxır yanaqların süni hər güləndə
Bəlkə bir gün bağışlamağı tərgidəndə
Cəmi bir dostun qalar yanında,oda ki, özün
Sən məni incidirsən toxunur hər bir sözün
Səmimi mahnılar artıq ən dərində üzür
Qalxmaq istəyəndə qırılır nərdivanlar
Yıxılan dərdi anlar
Nə edək belədir özü
Şəhərdə hərə bir cürdü
Hərədə bir cür dözür
Hərənin bir olsada ürəyi
Amma çoxdu üzü
Səni uzaqlara aparmaq istəyirəm bu şəhərdən
Qorxma mən dözməsəm də qanadlarım dözür
Nəqaret:
Take me away from here, take me away
Take me away,away,away from here(x2)
Verse 2:
Yoxdu pəncərədən baxanda sevə biləcəyim şəhər
Yoxdu bakının tüstüsündən artıq boğan qəhər
Yoxdu bu şəhərdə, təmiz qəlblərin vəhdəti
Yoxdu mənim üçün dostların istifadə müddəti
Yoxdu inam heçkimə
Yoxdu güvən heçkimə
İşi düşməyincə yoxdu zəng edən heçkimə
Yoxdu qələm,vərəq səmimiyyət bitib artıq
Elektron məktublarda sevgi itib artıq
Yoxdu gələcək planlar gələcək özü yoxdur
Tanrını görməyənlərin yəqin gözü yoxdur
Yoxdu bugün saf uşaqlıq illərinin izləri
Yoxdu artıq içimdə yaxşı insan olmaq istəyi
Yoxdu dünənlərdən bugünə miras birşey
Yoxdu ayağım dəyməyən yer,dayaz hərşey
Məni apar bu şəhərdən uzaqlar daha gözəl
Qorxma sən dözməsən də qanadların dözər
Nəqaret: Take me away from here, take me away
Take me away,away,away from here(x2)
Yorumlar
Yorum Gönder